Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin keçmiş müşaviri Kunduz Joldubaevaya girov saxlama və keçmiş dövlət başçısının iqamətgahına hücum zamanı kütləvi qarışıqlıqların təşkili ittihamları irəli sürülüb.
Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.
"Ona qarşı girov saxlama və Koy-Taşedə hadisələr zamanı kütləvi qarışıqlıqların təşkili ittihamları irəli sürülüb", - deyə ittiham edilən şəxsin vəkili Zamir Jooşev vəkili bildirib.
O, həmçinin qeyd edib ki, eyni ittihamlar sabiq deputat Meerbek Miskenbaevə də qarşı irəli sürülüb.
Daha əvvəl Qırğızıstanın müvafiq dövlət komissiyası 2019-cu ilin 7-8 avqustunda Çuysk vilayətində və respublikanın paytaxtında kütləvi qarışıqlıqların təşkilatçısı kimi Atambaevi müqəssir tanıyıb.
Oktyabrda Qırğızıstan
O, 8 avqustda öz iqamətgahının hücum vaxtı beş cinayətdə iştirakda şübhəli şəxs kimi saxlanılmışdı.