Qırğızıstanın "Manas" aeroportu təyyarə qəzası səbəbindən bağlanıb

Qırğızıstanın "Manas" aeroportu təyyarə qəzası səbəbindən bağlanıb Bu barədə hava limanının saytında məlumat yerləşdirilib
Digər ölkələr
16 Yanvar , 2017 07:58
Qırğızıstanın Manas aeroportu təyyarə qəzası səbəbindən bağlanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Qırğızıstanın "Manas" beynəlxalq hava limanı Türkiyəyə məxsus "Boeing 747" tipli yük təyyarəsinin Bişkekdə qəzaya uğraması səbəbindən bağlanıb.

"Report" xəbər verir ki, bu barədə hava limanının saytında məlumat yerləşdirilib.

Məlumata görə, hava limanı təyyarələri nə qəbul edir, nə də buraxır.

Qəza nəticəsində ən azı 15 nəfərin həyatını itirdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi