​Qırğızıstanın baş naziri istefa verib

​Qırğızıstanın baş naziri istefa verib Bu bütün hökumətin istefası və hakim koalisiyanın dağılması anlamına gələ bilər
Digər ölkələr
23 Aprel , 2015 21:45
​Qırğızıstanın baş naziri istefa verib

Bakı. 23 aprel. REPORT.AZ/ Qırğızıstanın baş naziri Coomərd Otorbayev aprelin 23-də parlamentin iclasında istefa verdiyini bildirib.

"Report" xəbər verir ki, o öz istəyi ilə vəzifəsindən getdiyini söyləyib.

"Mən sizi əmin edirəm ki, demokratik ölkədə hakimiyyət inhisarı olmamalıdır. Ölkəyə daima yeni baxışlar, ambisiya və hədəflər lazımdır. İcra hakimiyyətini silkələmək lazımdır. Ona görə mən bu gün baş nazir postunu tərk edirəm", - deyə Otorbayev bildirib.

Qırğızıstan Konstitusiyasına görə, baş nazirin istefası bütün hökumətin istefası və hakim koalisiyanın dağılması anlamına gələ bilər.

Son xəbərlər

Orphus sistemi