Yuxarı

Qırğızıstanda fəaliyyət göstərən terror təşkilatının lideri saxlanılıb

Saxlanılan şəxsdən böyük miqdarda silah müsadirə edilib

Bakı. 24 avqust. REPORT.AZ/ Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları ölkədə fəaliyyət göstərən terror təşkilatının liderini saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə DMTK-nın rəsmi nümayəndəsi Rahat Sulaymanov məlumat verib.

"Nəzarət altına alınmış ölkəmizin 24 yaşlı vətəndaşının mənzilinin axtarışı zamanı 1 ədəd Makarov tipli tapança, 1 ədəd RQD-5 qumbarası, partlayıcı qurğular üçün detonasiya telləri, döyüş sursatı, eləcə də ekstremist səciyyəvi materiallar aşkar edilib", - deyə R.Sulaymanov bildirib.

DMTK-nın rəsmi nümayəndəsinin sözlərinə görə, əməliyyat zamanı orqan əməkdaşları tərəfindən silah işlədilməyib. Fakt üzrə cinayət işi açılıb və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi