Qırğızıstanda koronavirusdan ilk ölüm qeydə alındı

Qırğızıstanda koronavirusdan ilk ölüm qeydə alındı Qırğızıstanda koronavirusa yoluxanların sayı artıb.
Digər ölkələr
369
3 Aprel , 2020 08:16
Qırğızıstanda koronavirusdan ilk ölüm qeydə alındı

Qırğızıstanda koronavirusa yoluxanların sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın virusun yayılması xəbərdarlığı üzrə qərargahı bildirib.

Qərargahdan bildirilib ki, ötən gün ölkədə koronavirusa 9 yoluxma qeydə alınıb. Bununla da təsdiq edilmiş koronavirusa yoluxma hallarının sayı 125-ə çatıb. Xəstələrdən 4-ü ağır vəziyyətdədir.

Qeyd edilir ki, COVID-19-dan ilk ölüm hadisəsi baş verib. “61 yaşlı pasiyent koronavirusdan öldü", - xəbərdə deyilir.

Qərargahın məlumatına görə, xəstə xarici ölkədən gəlib və stasionar müalicədə olub, onda COVID-19 infeksiyasına yoluxma təsdiqlənib. Bundan başqa, pasiyentdə digər ağır xəstəliklər də müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi