Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək

Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək Qırğızıstanda Kemin-Siti adlı ilk ekoloji təmiz şəhərin inşa edilməsi planlaşdırılır.
Digər ölkələr
29 Yanvar , 2025 17:45
Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək

Qırğızıstanda Kemin-Siti adlı ilk ekoloji təmiz şəhərin inşa edilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Sadır Japarov imzalayıb.

353,3 hektar ərazisi olan yaşayış məntəqəsi Çuy vilayətinin Kemin rayonunun ərazisində yerləşəcək.

Kemin-Sitinin tikinti konsepsiyası cari ilin iyun ayının 1-dək hazırlanacaq.

Layihənin həyata keçirilməsinin rayonun iqtisadi inkişafına şərait yaradacağı və sosial sabitlik səviyyəsini yüksəldəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi