Qırğızıstanda baş verən yol qəzasında 7 nəfər öldü

Qırğızıstanda baş verən yol qəzasında 7 nəfər öldü Qırğızıstanın Cəlalabad vilayətinin cənubunda baş verən yol qəzası nəticəsində yeddi nəfər ölüb, daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Digər ölkələr
4 mart 2020 04:23
Qırğızıstanda baş verən yol qəzasında 7 nəfər öldü

Qırğızıstanın Cəlalabad vilayətinin cənubunda baş verən yol qəzası nəticəsində yeddi nəfər ölüb, daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Bişkek-Oş magistral yolunun 493-cü kilometrliyində, Burqondu kəndi ərazisində “Mercedes Vito” markalı mikroavtobus “Honda Jazz” markalı avtomobillə toqquşub.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. Ölənlərin meyitləri avtomobilin içərisindən çıxarılıb. Qəzada yaralanan şəxslər isə Şamaldı-Say şəhərindəki xəstəxanaya aparılıblar. 

Son xəbərlər

Orphus sistemi