Qırğızıstanda prokurorluq əməkdaşı avtomobilinin partlaması nəticəsində xəsarət alıb

Qırğızıstanda prokurorluq əməkdaşı avtomobilinin partlaması nəticəsində xəsarət alıb KİV-in məlumatına görə, partlayış nəticəsində həmin şəxs biləyini itirib
Digər ölkələr
29 İyul , 2016 10:58
Qırğızıstanda prokurorluq əməkdaşı avtomobilinin partlaması nəticəsində xəsarət alıb

Bakı. 29 iyul. REPORT.AZ/ Qırğızıstanda prokurorluq əməkdaşı avtomobilinin partlaması nəticəsində xəsarət alıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Orto-Say kəndində prokurorluq əməkdaşının avtomobilində partlayış baş verib. İlkin məlumatlara görə, partlayış səhər saatlarında prokurorluğun əməkdaşının avtomobilin qapısını açdığı zaman olub", - Baş prokurorluğun bəyanatında bildirilib.

Yaralı xəstəxanaya çatdırılıb. Onun durumu barədə hələlik məlumat yoxdur. Amma KİV-in məlumatına görə, partlayış nəticəsində həmin şəxs biləyini itirib.

Minaaxtaranlar hadisə yerində işləyir.

Son xəbərlər

Orphus sistemi