Qırğızıstanda 3 mədənçi dəm qazından zəhərlənərək ölüb

Qırğızıstanda 3 mədənçi dəm qazından zəhərlənərək ölüb Onların cəsədləri mədəndən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib
Digər ölkələr
27 Oktyabr , 2017 08:29
Qırğızıstanda 3 mədənçi dəm qazından zəhərlənərək ölüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Qırğızıstanın cənubunda yerləşən Batken vilayətindəki mədəndə 3 nəfər dəm qazından ölüb.

“Report” xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölənlərin hamısının yerli sakinlər olduğu bildirilir. Onlar təqribən 90 metr dərinlikdə dəm qzından zəhərlənib.

Onların cəsədləri mədəndən çıxarılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib.

İlkin məlumata görə, ölən şəxslər qanunsuz kömür hasilatı ilə məşğul olublar. Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi