Qırğızıstanda 14 hərbçi qanunsuz silah satışına görə həbs edilib

Qırğızıstanda 14 hərbçi qanunsuz silah satışına görə həbs edilib Silahlar prokurora qarşı sui-qəsd zamanı və terror aktında istifadə edilib
Digər ölkələr
23 Oktyabr , 2016 02:16
Qırğızıstanda 14 hərbçi qanunsuz silah satışına görə həbs edilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Qırğızıstanda 14 hərbçi qanunsuz silah satışında şübhəli bilinərək həbs edilib.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" ölkənin hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Məlumatda bilddirilir ki, həmin silahlar ölkənin Baş Prokurorluğunun əməkdaşına qarşı sui-qəsd zamanı və Çinin Bişkekdəki səfirliyinin binasında baş vermiş terror aktında istifadə edilib.

"Hərbçilərin qanunsuz silah satışı ilə məşğul olmaları haqda informasiya hüquq-mühafizə orqanlarına prokurora sui-qəsdlə əlaqədar, ötən yay aparılmış operativ əməliyyat tədbirləri zamanı daxil olub" – deyə hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib.

Onun sözlərinə görə, həbs edilənlər arasında hərbçilər və Daxili İşlər Nazirliyinin əməkdaşları var. Onlar Dövlət Sərhəd Xidmətinin silahlarını satmaqda şübhəli bilinirlər. 

Son xəbərlər

Orphus sistemi