Yuxarı

Qırğızıstan Sosial-Demokrat Partiyası seçkilərdə liderliyi qoruyur

Prezident Almazbek Atambayev də vaxtı ilə məhz bu partiyaya sədlik edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Qırğızıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub.

“Report”un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, səslərin 99, 25 faizinin nəticələrini açıqlayan Qırğızıstan Mərkəzi Seçki Komissiyası altı partiyanın yeni parlamentdə mandat əldə etdiyi açıqlayıb.

Səslərin 27,8 faizini qazanan Sosial-Demokrat Partiyası ilk sıradadır. Hazırki prezident Almazbek Atambayev də vaxtı ilə məhz bu partiyaya sədlik edib.

Saat 20:00-dək davam edən seçkilərin gedişini 70 ölkədən 600, eləcə də 2 min yerli müşahidəçi izləyib.

Ölkədə biometrik qeydiyyat proseduralardan keçən 2,761 milyon nəfər seçkilərdə iştirak etmək hüququ qazanıb.

Qırğızıstanın tarixində ikinci dəfədir ki, parlament seçkiləri bütünlüklə partiya sıyahıları üzrə keçirilib. Parlamentdəki 120 yer uğrunda 14 siyasi partiya mübarizə aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi