Yuxarı

Qırğızıstan prezidenti: "Ölkədə sabitliyi pozmağa yönəlmiş bütün cəhdlərin qarşısı sərt şəkildə alınacaq"

Bütün xalqın Atambayevin istefasını istədiyini hesab edirsinizsə, prezident Atambayevə inamla bağlı referendum keçirmək olar

Bakı. 14 may. REPORT.AZ/ "Qırğızıstanda bir çox siyasətçilər hələ də ölkənin seçdiyi yolu bəyənmir". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev deyib.

"Onlar (siyasətçilər - red.) ədalətli yolla hakimiyyətə gəlməyəcəklərini başa düşür, çünki insanlar onlara inanmırlar. Buna görə də onlar istənilən yolla ölkədə qeyri-sabitlik yaratmaq, hakimiyyəti ələ keçiməyə çalışırlar. Hətta zorakılıq, qan və qətl bahasına olsa belə", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, siyasətçilər açıq-aydın xarici ölkələrin xüsusi xidmət orqanlarının generallarının arxalarında dayanmasıyla öyünür, xarici havadarlarından növbəti pul partiyasının alınmasına sevinirlər.

"Demokratiya - qanunların diktaturasıdır: "Bütün xalqın mənim istefamı istədiyini hesab edirsinizsə, ölkə prezidentinə inamla bağlı referendum keçirmək olar. Söz verirərm ki, bu ideyanızı dəstəkləyəcəyəm. Xalq əleyhimə səs versə, dərhal istefa verəcəyəm".

A.Atambayev bildirib ki, dövlət başçısı olduğu müddətdə ölkədə sabitliyi pozmağa yönəlmiş bütün cəhdlərin qarşısı sərt şəkildə alınacaq və bunu edənlər qanunvericiliyə uyğun olaraq ciddi cəzalandırılacaqlar.

"Daha heç kimə güzəşt olmayacaq. Xarici xüsusi xidmət orqanlarının generallarının müxalifətə dəstək olmasına gəlincə, yalnız onu deyə bilərəm ki, bu, vətənə xəyanətdir!", - deyə A.Atambayev qeyd edib.

Qeyd edək ki, mayın 12-də Qırğızıstan xüsusi xidmət orqanları "Xalq Parlamenti"nin üç üzvünü həbs edərək, onları ölkədə hakimiyyəti ələ keçirməyə səy göstərməkdə ittiham ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi