Yuxarı

Qırğız Respublikasının prezidenti Gürcüstanda rəsmi səfərdədir

Almazbek Atambayev gürcü həmkarı Georgi Marqvelaşvili ilə danışıqlar aparacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Gürcüstanda rəsmi səfərdədir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası prezidentinin mətbuat xidməti məlumat yayıb.

"A.Atambayev bu gün Gürcüstana rəsmi səfərə gedib. Dövlət başçısı səfər çərçivəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Liderlər ikitərəfli münasibətlərin genişləndirilməsi, iqtisadi, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlıq məcələlərini müzakirə edəcəklər. Həmçinin bir sıra sənədlərin imzalanması gözlənilir", - məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi