Yuxarı
    Bağlamaq

    ​Qırğızıstan FHN ölkə ərazisində güclü zəlzələ riskinin olduğunu bəyan edib

    Ən təhlükəli zonalar sırasında Tacikistan və Çinlə sərhəd ərazilər göstərilir

    Bakı. 5 avqust. REPORT.AZ/ Qırğızıstan FHN 2015-ci ilin ikinci yarısında ölkə ərazisində 9 bal gücündə zəlzələ təhlükəsinin olacağı haqda xəbər yayıb.

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Qırğızıstan yüksək dağlıq ərazidə yerləşdiyindən, dağıdıcı zəlzələlər zonasına daxildir. Hələ 2008-ci ildə Qırğızıstan-Çin sərhəddində yerləşən Nura kəndində gecə saatlarında baş vermiş 8 bal gücündə zəlzələ kəndi tamamilə dağıtmışdı. Nəticədə 75 nəfər həlak olmuş, daha 150 isə xəsarət almışdı.

    Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutunun proqnozuna əsasən, növbəti seysmoloji təhlükə fazası 2015-ci ildə bütün ölkə ərazisində gözlənilir. Ən təhlükəli zonalar sırasında Tacikistan və Çinlə sərhəd ərazilər göstərilir. Burada yeraltı təkanların gücü 7-9 bal ola bilər.

    Avqust ayında isə respublikada təbii etnogen proseslərin aktivliyi müşahidə edilə bilər. Temperaturun tez-tez dəyişməsi, güclü küləklər, uzunmüddətli yağışlar sel, sürüşmə və digər təbii fəlakətlərə yol açacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi