Qırğızıstan Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri həbs edilib

Qırğızıstan Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri həbs edilib Onun barəsində çıxarılmış yaşadığı ərazini tərk etməmək barədə iltizam qərarı həbslə əvəzlənib
Digər ölkələr
5 İyun , 2018 20:51
Qırğızıstan Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri həbs edilib

Bakı. 5 iyun. REPORT.AZ/ "Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri Kubanıçbek Kulmatov həbs edilib". 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəsmi nümayəndəsi Rahat Sulaymanov deyib. 

Onun sözlərinə görə, Kubanıçbek Kulmatov məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində çıxarılmış yaşadığı ərazini tərk etməmək barədə iltizam qərarı həbslə əvəzlənib. 

Bundan əvvəl Qırğızıstan paytaxtının meri olmuş Kubanıçbek Kulmatova qarşı Çinin TVEA şirkətinin maliyyəsi ilə Bişkekdə məktəbin inşası zamanı aşkarlanmış korrupsiya faktı üzrə cinayət işi qaldırılıb. İstintaqın gəldiyi qənaətə görə, Çin şirkətinin ayırdığı vəsait təyinatı üzrə xərclənməyib. 

Son xəbərlər

Orphus sistemi