Qırğızıstan-ABŞ əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Qırğızıstan-ABŞ əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib ABŞ-ın dövlət katibi Con Kerri Qırğızıstanda səfərdədir
Digər ölkələr
1 Noyabr , 2015 07:16
Qırğızıstan-ABŞ əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Bakı. 01 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Qırğızıstanda səfərdədir.

Qırğızıstan Prezident Aparatı informasiya siyasəti şöbəsinin verdiyi məlumata görə, Kerrinin ölkə prezidenti Almazbek Atambayevlə görüşündə ikitərəfli əməkdaşlığın aktual məsələləri, bütün sahələrdə əlaqələrin gələcək inkişaf perspektivləri, həmçinin beynəlxalq problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dövlət katibi Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın salamlarını və xoş arzularını Almazbek Atambayevə çatdıraraq əmin olduğunu bildirib ki, bu səfər ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə təkan verəcək. Qonaq Qırğızıstanda parlament seçkilərinin açıq və şəffaf keçirilməsi münasibəti ilə dövlət başçısını təbrik edib.

Səfər çərçivəsində C.Kerri Bişkekdəki ABŞ səfirliyinin yeni binasının, eləcə də Amerika Universitetinin yeni korpusunun açılışında iştirak edib.

Son xəbərlər

Orphus sistemi