Qırğız Respublikasında su bəndi dağılıb, 1500 sakin təxliyə edilib

Qırğız Respublikasında su bəndi dağılıb, 1500 sakin təxliyə edilib Hadisə zamanı ölən və xəsarət alan yoxdur, bəndin bərpası üçün işlər aparılır
Digər ölkələr
7 May , 2021 12:39
Qırğız Respublikasında su bəndi dağılıb, 1500 sakin təxliyə edilib
0 : 00
0 : 00

Qırğız Respublikasının Kadamjay bölgəsində su bəndinin qismən dağılması səbəbilə, təxminən, 1 500 sakin təxliyə olunub.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Kadamjay bölgəsində (su anbarının) 12 nömrəli su bəndinin dağılması səbəbindən bir sıra kəndlərdə subasma təhlükəsi yaranıb”, – məlumatda deyilir.

Bununla əlaqədar yaşayış məntəqələrində təxliyə həyata keçirilib.

Hadisə zamanı ölən və xəsarət alan yoxdur, bəndin bərpası üçün işlər aparılır.

Son xəbərlər

Orphus sistemi