Qırğız Respublikası prezidenti ölkənin yeni Konstitusiyasını imzalayıb

Qırğız Respublikası prezidenti ölkənin yeni Konstitusiyasını imzalayıb Dövlət başçısı nazirlərin təyin edilməsi və istefaya göndərilməsi səlahiyyətləri də daxil olmaqla hökumət üzərində tam nəzarəti yerinə yetirəcək
Digər ölkələr
5 May , 2021 09:59
Qırğız Respublikası prezidenti ölkənin yeni Konstitusiyasını imzalayıb
Sadır Japarov

Qırğız Respublikası Prezidenti Sadır Japarov bu gün ölkə Konstitusiyasının yeni redaksiyasını imzalayıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, imzalama mərasimi “Ala-Arça” dövlət iqamətgahında baş tutub və canlı yayımlanıb.

Konstitusiyaya edilmiş dəyişikliklər prezidentin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, parlamentin hüquqlarının azaldılmasını və parlamentdə deputat sayının 120 nəfərdən 90 nəfərə ixtisar edilməsini nəzərdə tutur.

Dövlət başçısı bundan sonra nazirlərin təyin edilməsi və istefaya göndərilməsi səlahiyyətləri də daxil olmaqla hökumət üzərində tam nəzarəti yerinə yetirəcək.

Bundan əlavə, prezident artıq bir dəfə 6 illik müddətə deyil, iki dəfə 5 illik müddətə seçiləcək. Bununla da Qırğız Respublikası prezident-parlament idarəetmə formasından prezident idarəetmə modelinə keçir.

Son xəbərlər

Orphus sistemi