Yuxarı

​Qəzzada mərminin partlaması nəticəsində 15 nəfər yaralanıb

Partlayış hərbçilər mərmini zərərsizləşdirən zaman baş verib

Bakı. 15 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Qəzza zolağında partlayış baş verib.

"Report" xəbər verir ki, Fələstin mənbələrinin məlumatına görə, Qəzza zolağının şimalında HƏMAS-ın hərbi bazalarından birinin yanında İsrailin "Sarsılmaz qala" əməliyyatları dövründən qalan mərmi aşkar edilib.

Partlayış HƏMAS-ın mühəndis bölməsi istehkamçılarının mərmini zərərsizləşdirməsi zamanı baş verib.

Nəticədə ən azı 15 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi