Bakı. 19 iyul. REPORT.AZ/ Bazar günü səhər Qəzza zolağında ardıcıl partlayışlar nəticəsində iki nəfər yaralanıb və HƏMAS-a və cihadçı yaraqlılara məxsus beş avtomobil məhv edilib.
"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, partlayışın HƏMAS-ın istinadgahı olan Şeyx Rədvan məhəlləsində baş verdiyi deyilir.
Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Ancaq hadisə yerindən çəkilmiş şəkillər göstərir ki, divarda "İslam Dövləti" qrupunun bayrağının şəkli çəkilib.
Hücum Qəzzada Həmasla islamçi ekstremist qrup arasışda hakimiyyət mübarizəsinin davam etdiyini vaxta təsadüf edir.Arsen Avakovun "facebook" səhifəsində yazdığına görə, UKrayna öz tərəfindən MDB icra strukturlarını bu barədə artıq məlumatlandırıb və bu ilin avqustun 24-dən başlayaraq müvafiq MDB sazişində iştrakına xitam verir.