Qəzzada HƏMAS liderlərindən biri öldürülüb

Qəzzada HƏMAS liderlərindən biri öldürülüb Naməlum şəxslər Mazen Fukaha bir neçə dəfə atəş açıblar
Digər ölkələr
25 Mart , 2017 04:20
Qəzzada HƏMAS liderlərindən biri öldürülüb

Bakı. 25 mart. REPORT.AZ/ HƏMAS hərəkatının liderlərindən biri Qəzza zolağında öldürülüb.

"Report" xəbər verir ki, bu barədə qruplaşma polisinin bəyanatına istinadən "Reuters" məlumat yayıb.

Naməlum şəxslər Mazen Fukaha adlı döyüşçüyə bir neçə dəfə atəş açıblar. O, 2011-ci ildə İsrail əsirliyindən azad edilib və Qəzza zolağına göndərilib.

"HƏMAS və onun (hərbi qanadı) İsrail və müttəfiqlərini bu cinayətdə müqəssir bilirlər… İsrail bilir ki, döyüşçülərin qanı belə asanlıqla axıdılmır və HƏMAS necə cavab verəcəyini bilir", — deyə hərəkatın bəyanatında qeyd olunur.

İsrail tərəfi hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi