Qəzzada Fələstinin baş nazirinin korteji yaxınlığında partlayış olub, yaralılar var - FOTO

Qəzzada Fələstinin baş nazirinin korteji yaxınlığında partlayış olub, yaralılar var - FOTO Əldəqayırma partlayıcı qurğu Rami Həmdəllanın konvoyu keçərkən partlayıb
Digər ölkələr
13 Mart , 2018 13:17
Qəzzada Fələstinin baş nazirinin korteji yaxınlığında partlayış olub, yaralılar var - FOTO

Bakı. 13 mart. REPORT.AZ/ Qəzzada Fələstinin baş naziri Rami Həmdəllanın korteji yaxınlığında partlayıcı qurğu işə salınıb. 

"Report" "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, partlayış zamanı 7 nəfər yaralanıb. 

Məlumata görə, baş nazirin özü xəsarət almayıb.

Əldəqayırma partlayıcı qurğu Rami Həmdəllanın konvoyu keçərkən partlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi