Qəzza zolağında toqquşmalar zamanı 96 fələstinli xəsarət alıb

Qəzza zolağında toqquşmalar zamanı 96 fələstinli xəsarət alıb Qəzza zolağındakı etiraz aksiyalarının İsrail ordusu tərəfindən dağıdılması zamanı 96 fələstinli xəsarət alıb.
Digər ölkələr
2 noyabr 2019 02:32
Qəzza zolağında toqquşmalar zamanı 96 fələstinli xəsarət alıb

Qəzza zolağındakı etiraz aksiyalarının İsrail ordusu tərəfindən dağıdılması zamanı 96 fələstinli xəsarət alıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görən, onlardan 57-i döyüş güllələrinin tətbiqi nəticəsində zərər çəkiblər.

Yaralıların sağlamlıq vəziyyəti haqqında informasiya verilmir.

Ötən ilin 30 martından fələstinlilər "Böyük qayıdış" şüarı ilə İsraildə və Qəzza sektorunda dinc aksiyalar keçirirlər. Fələstinlilərin aksiyalarının dağıtmasının gedişatında İsrail hərbçiləri döyüş güllələri tətbiq ediblər.

İndiyə kimi aksiyaların gedişatında 200-dən çox fələstinli həlak olub.

Son xəbərlər

Orphus sistemi