İsrailin zərbələri başlayandan Qəzza zolağında ölənlərin sayı 20,4 mini keçib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda ölənlərin sayı 20 424 nəfər, yaralı sayı isə 54 036 nəfərdir.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatını başladıb.