Bakı. 23 aprel. REPORT.AZ/ Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda yaralanmış fələstinli dünyasını dəyişib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedra deyib.
"Bu gün axşam Rafah şəhər xəstəxanasında ötən cümə İsrail ordusu ilə toqquşmalarda yaralanmış 23 yaşlı fələstinli dünyasını dəyişib", - deyə əl-Kedra bildirib.
Bundan əlavə, onun sözlərinə görə, daha bir fələstinli anklavın mərkəzi hissəsində təsadüfi partlayış nəticəsində ölüb.