Bakı. 26 iyul. REPORT.AZ/ Qəzza sektorunda atışma zamanı 1 İsrail hərbi qulluqçusu xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusu "Twitter"də məlumat yayıb.
"Qəzza sektorunun cənubunda atışma zamanı İsrail ordusunun zabiti yaralanıb", - deyə məlumatda bildirilir.
Məlumata görə, onun xəsarəti orta ağırdır. Yaralı xəstəxanaya yerləşdirilib.