Qəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub

Qəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub Qəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub.
Digər ölkələr
18 Avqust , 2019 10:03
Qəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub

Qəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti"yə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mahmud bildirib.

"Bu gün səhər "Əl-Əndunisi" xəstəxanasına üç fələstinlinin meyiti gətirilib. Onlar gecə sərhəddə İsrail hərbçiləri tərəfindən öldürülüblər", - deyə müsahib agentliyə bildirib.

Hərbçilər daha əvvəl bildiriblər ki, anklavın şimal hissəsində bölücü tikintilərə yaxınlaşmış silahlı insanlara qarşı tanklar döyüş helikopterləri tətbiq edilib.

Bu, artıq avqustun başlanğıcından dördüncü belə hadisədir.

Daha əvəl İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir qübbə” Qəzza bölgəsindən atılan raketi zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi