​Qəzaya uğrayan təyyarənin pilotunun evində axtarış aparılıb

​Qəzaya uğrayan təyyarənin pilotunun evində axtarış aparılıb Britaniya KİV-i onun mənzilində istintaq üçün "önəmli olan əşyalar" aşkarlandığı haqda məlumat yayıb
Digər ölkələr
27 Mart , 2015 10:50
​Qəzaya uğrayan təyyarənin pilotunun evində axtarış aparılıb

Bakı. 27 mart. REPORT.AZ/ Fransanın cənub-şərqində qəzaya uğramış "Airbus A320" təyyarəsinin almaniyalı pilotu Andreas Lübitsanın yaşadığı evdə bir neçə saat müddətində axtarış aparılıb.

"Report" xəbər verir ki, bu barədə BBC teleradiosu məlumat yayıb.

İstintaq hərəkəti Fransa hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə Düsseldorfda pilotun yaşadığı mənzildə aparılıb.

Fransanın Marsel şəhərinin prokuroru Bris Poben bildirmişdi ki, ikinci pilot vəzifəsini icra edən Lübitsa təyyarəni "bilərəkdən məhv edib". Onun sözlərinə görə, təyyarənin komandiri kabinədən çıxandan sonra ikinci pilot qapıları bağlayaraq təyyarəni endirməyə başlayıb.

Britaniya KİV-i onun mənzilində istintaq üçün "önəmli olan əşyalar" aşkarlandığı haqda məlumat yayıb.

Polis isə axtarışın detalları haqda danışmaqdan imtina edib.

Xatırladaq ki, martın 24-də baş vermiş təyyarə qəzası nəticəsində 150 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi