Bakı. 1 yanvar. REPORT.AZ/ Tailandda Yeni il şənliklərinin 5 günündə baş verən yol qəzalarında 314 nəfər həlak olub.
Bu barədə "Report"
Bildirilir ki, qəzalar zamanı daha 2848 nəfər xəsarət alıb. Ölkədə Yeni il şənlikləri dekabrın 27-də başlayır və 7 gün davam edir. Dekabrın 27-dən 31-ə qədər 2761 yol-nəqliyyat hadisəsi baş verib.
Nəşr bildirib ki, təkcə dekabrın 31-də 569 qəza olub. Həmin yol-nəqliyyat hadisələri zamanı 72 nəfər ölüb, 591 nəfər xəsarət alıb.
Daha əvvəl Tailandda silahlıların hücumu nəticəsində 2 nəfər ölüb.