İspaniyada təyyarə qəzası baş verib, ölən var - YENİLƏNİB

İspaniyada təyyarə qəzası baş verib, ölən var - YENİLƏNİB Bakı. 9 yanvar. REPORT.AZ/ İspaniyada qəzaya uğramış təyyarənin heyət üzvlərindən birinin cəsədi tapılıb.
Digər ölkələr
9 Yanvar , 2019 23:08
İspaniyada təyyarə qəzası baş verib, ölən var - YENİLƏNİB

Bakı. 9 yanvar. REPORT.AZ/ İspaniyada qəzaya uğramış təyyarənin heyət üzvlərindən birinin cəsədi tapılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Basklar ölkəsinin Fövqəladə Xidmətlərinin əməkdaşları bildiriblər.

Qeyd edək ki, təyyarə ölkənin dağlarında, günorta saatlarında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 2 heyət üzvü olub. Lakin onların aqibəti məlum deyildi. Bir qədər sonra heyət üzvlərindən birinin cəsədi aşkarlanıb. 


***21:31

İspaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə "Report" "Europa Press"ə istinadən xəbər verir.

Basklar ölkəsi muxtar vilayəti polisinə istinadən verilən məlumata görə, qəza ölkənin şimalında qeydə alınıb. Hadisə zamanı təyyarədə 2 nəfər olub.

Polis bir neçə saat sonra təyyarənin qalıqlarını Ernio dağlarında aşkar edib. Lakin təyyarənin heyət üzvlərinin yeri məlum deyil. 

Bir müddət əvvəl də İspaniyanın Tarraqona əyalətində kiçik təyyarə qəzaya uğrayıb. 

Son xəbərlər

Orphus sistemi