ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib.
Digər ölkələr
20 Yanvar , 2019 09:55
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var

Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib.

Bu barədə "Report" "Fox7" telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Virciniya ştatında, Frederiksberq şəhərində qeydə alınıb. Yüngülmühərrikli təyyarə magistral yolun yanında yerə düşərək yanıb. Qəza zamanı 1 nəfər həlak olub.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin mütəxəssisləri qəzanın başvermə səbəbini araşdırır. 

Daha əvvəl Kaliforniyada, Sakramento şəhərində baş verən təyyarə qəzası zamanı 2 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi