Bakı. 18 yanvar. REPORT.AZ/ İtaliyada polisin təqibindən qaçan sürücü qəza törədib.
"Report" xəbər verir ki, bu barədə "Rainews24" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə İtaliyanın cənubunda baş verib. "Skoda" avtomobilinin sürücüsünün törətdiyi qəza nəticəsində dörd nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, avtomobilin sürücüsü polisin əmrinə tabe olmayıb. O və avtomobildəki digər şəxslər polisdən yayınmaq istəyiblər. Yüksək sürətlə hərəkət edən avtomobil yolun kənarına düşüb və aşıb.
Daha əvvəl xəbər verilib ki, İtaliyanın Sambuka di Siciliya bələdiyyəsinin rəhbərliyi evləri rəmzi olaraq bir avroya satır.