Almaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Almaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var Bakı. 12 yanvar. REPORT.AZ/ Almaniyada Vulcanair təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
12 Yanvar , 2019 23:58
Almaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. 12 yanvar. REPORT.AZ/ Almaniyada "Vulcanair" təyyarəsi qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Pretçel kommunasında, Brandenburq federal torpağında qeydə alınıb.

Hadisə zamanı təyyarədə iki nəfər olub. Onlar qəza nəticəsində həlak olub.

Qəzanın səbəbi hələ məlum deyil. Polis nümayəndəsi insidentlə bağlı araşdırma aparıldığını bildirib.

Daha əvvəl Almaniyada "Cessna" təyyarəsi aerodromda bir neçə nəfərə çırpılıb.

Son xəbərlər

Orphus sistemi