Yuxarı

​Qətərdə baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb

Ölən və yaralananların miqrantlar olduğu bildirilir

Bakı. 3 iyun. REPORT.AZ/ Qətərdə fəhlələrin yaşayış kompleksində güclü yanğın baş verib. "Report" xəbər verir ki, hadisə nəticəsində ən azı 11 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Yaralananlar xəstəxanalara yerləşdirilib. Yanğının baş verdiyi yaşayış kompleksində Salva rayonunda dənizkənarı turizm obyektinin tikintisi ilə məşğul olan fəhlələr yaşayıb.

"Assosieted Press" ölən və yaralananların miqrantlar olduğunu xəbər verib. Lakin onların şəxsiyyəti hələlik açıqlanmır.

Yerli sakinlərin sözlərinə görə, kompleksdə bir neçə yüz insan yaşayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi