Qətərdə ABŞ-ın iştirakı ilə Əfqanıstanla bağlı danışıqlar aparılacaq

Qətərdə ABŞ-ın iştirakı ilə Əfqanıstanla bağlı danışıqlar aparılacaq ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad Qətərə yola düşüb.
Digər ölkələr
10 Avqust , 2021 08:55
Qətərdə ABŞ-ın iştirakı ilə Əfqanıstanla bağlı danışıqlar aparılacaq
Zalmay Xalilzad
0 : 00
0 : 00

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad Qətərə yola düşüb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Qeyd edilir ki, Vaşinqton təmsilçisi Əfqanıstanda vəziyyətin nizama salınması yollarını tapmaq üçün region ölkələri və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlar aparacaq.

"Səfir Xəlilzad Əfqanıstanda sürətlə pisləşən vəziyyətə birgə beynəlxalq reaksiya hazırlamaq üçün Dohaya səfər etdi", - məlumatda deyilir.

Qeyd edilir ki, üç gün ərzində planlaşdırılmış bir neçə görüşün gedişatında "regionun və ondan hüdudlarından kənardakı ölkələrin nümayəndələri, həmçinin beynəlxalq təşkilatlar (Əfqanıstanda-red) zorakılıq hallarının azalmasında və atəşin dayandırılmasında təkid edəcəklər.

Son xəbərlər

Orphus sistemi