​Qətər XİN başçısı rusiyalı həmkarı ilə görüşdə Əsədi terrorçuluğun himayədarı adlandırıb

​Qətər XİN başçısı rusiyalı həmkarı ilə görüşdə Əsədi terrorçuluğun himayədarı adlandırıb Xalid bin Məhəmməd əl-Atiyye: "O, kimyəvi silah tətbiq etdikdən sonra legitimliyini itirib"
Digər ölkələr
25 Dekabr , 2015 17:50
​Qətər XİN başçısı rusiyalı həmkarı ilə görüşdə Əsədi terrorçuluğun himayədarı adlandırıb

Bakı. 25 dekabr. REPORT.AZ/ "Terrorçuluğu Bəşşar Əsəd və onun insanlıqdan uzaq rejimi dəstəkləyir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl-Atiyye rusiyalı həmkarı Sergey Lavrovla Moskvda keçirdiyi görüşün yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

"Suriyanın gələcəyində terrorun əsas himayədarı olan Əsədə yer olacağını düşünmürük. O, kimyəvi silah tətbiq etdikdən sonra legitimliyini itirib", - deyə qətərli diplomat vurğulayıb.

Xalid bin Məhəmməd əl-Atiyye Suriyanın ərazi bütövlüyünü müdafiə etdiklərini bildirib. O, Suriyada bütün səlahiyyətlərə sahib keçid bir hökumətin qurulmasının ölkədə sabitliyin bərpa olunması üçün vacib amillərdən biri olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi