Qətər XİN başçısı: "Ərəb dördlüyü" sammit keçirmək təklifini qəbul etməyib"

Qətər XİN başçısı: "Ərəb dördlüyü" sammit keçirmək təklifini qəbul etməyib" "Hesab edirəm ki, bu onların qəsdli proqramıdır"
Digər ölkələr
30 Avqust , 2017 14:31
Qətər XİN başçısı: Ərəb dördlüyü sammit keçirmək təklifini qəbul etməyib

Bakı. 30 avqust. REPORT.AZ/ "Ərəb dördlüyü" Küveytin Qətərin də iştirakı ilə sammit keçirmək təklifini qəbul etməyib. Doha dialoqun bərpa olunacağına ümid edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Küveyt əmiri şeyx Əs-Sabahın Fars Körfəzi Ərəb Ölkələri Əməkdaşlıq Şurasının bütün üzvlərinə ilkin şərtlər olmadan birbaşa danışıqlar masasına əyləşməklə sammit toplamaqla bağlı məktub ünvanlamasından sonra yalnız Qətərdən müsbət cavab gəlib, amma digər ölkələr-blokada tətbiq edənlər məktuba cavab verməyib.

"Hesab edirəm ki, bu onların qəsdli proqramıdır: Küveyt və ya başqa ölkənin vasitəçilik səylərini dəyərləndirmirlər. Hətta ABŞ-ın xüsusi nümayəndəsi də bir neçə təklif irəli sürsə də, onlara da cavab verilməyib", - diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi