Qətər vətəndaşlarının Həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

Qətər vətəndaşlarının Həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək Qətər vətəndaşları Həcc ziyarəti üçün elektron viza almadan Səudiyyə Ərəbistanına səfər edə biləcək
Digər ölkələr
17 Avqust , 2017 10:25
Qətər vətəndaşlarının Həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

Bakı. 17 avqust. REPORT.AZ/ Qətər vətəndaşları Həcc ziyarəti üçün elektron viza almadan Səudiyyə Ərəbistanına səfər edə biləcəklər.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman bununla bağlı fərman imzalayıb. 

Məlumata görə, Səudiyyə kralı Salman və vəliəhd-şahzadə Məhəmməd bin-Salman Qətər hakimiyyətindəki əl-Sani ailəsinin üzvü Abdullah bin-Ali bin-Abdullah bin-Casim əl-Sanini Ciddədəki Əs-Salam sarayında qəbul edib.

Qəbuldan sonra Qətər vətəndaşlarının Həcc ziyarətini xərclərinin Səudiyyə Ərəbistanı kralı tərəfindən ödəniləcəyinə dair qərar qəbul olunduğu açıqlanıb. 

Son xəbərlər

Orphus sistemi