Qətər koronavirusa yoluxanların sayına görə Ekvadoru ötdü

Qətər koronavirusa yoluxanların sayına görə Ekvadoru ötdü Qətərdə daha 1 365 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
18 may 2020 12:09
Qətər koronavirusa yoluxanların sayına görə Ekvadoru ötdü

Qətərdə daha 1 365 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Yaxın Şərq ölkəsində indiyədək 33 969 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 15 nəfər virusun qurbanı olub.

Bildirilib ki, hazırda ölkədə 29 055 koronavirus daşıyıcısı var.

Beləliklə, Qətər koronavirusa yoluxma faktlarının sayına görə Latın Amerikası ölkələri arasında pandemiyanın ocaqlarından sayılan Ekvadoru geridə qoyub. Belə ki, Cənubi Amerika ölkəsində indiyədək 33 182 nəfərdə koronavirus aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,8 milyonu ötüb. Bunların 1,8 milyon nəfərdən çoxu sağalıb, 317 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi