Bakı. 17 iyul. REPORT.AZ/ Qətərin dövlət informasiya agentliyinə kiber hücumun arxasında Birləşmiş Ərəb Əmirlikləri dayanır.
"Report"un məlumatına görə, bu barədə "The Washington Post" ABŞ-ın kəşfiyyat qurumlarına istinadən məlumat yayıb.
Kiber hücum nəticəsində xəbər agentliyinin lentində qurama məlumat dərc olunmuşdu. Bu məlumat bəzi ərəb ölkələri ilə Qətər arasında siyasi böhranın yaranmasında qismən rol oynamışdı.