Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır

Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır Tələblər real və həyata keçirilə bilən olmalıdır
Digər ölkələr
28 İyun , 2017 02:35
Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır

Bakı. 28 iyun. REPORT.AZ/ Qətər məqsədəuyğun və dəlillərlə olacağı təqdirdə, ərəb ölkələrinin tələblərinə dair danışıqlara hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, "Al Jazeera" telekanalının çərşənbə axşamı yaydığı məlumata görə, bunu Vaşinqtonda səfərdə olan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl-Tani deyib.

"Tələblər real və həyata keçirilə bilən olmalıdır, əks halda onlar rədd ediləcək. Blokadada iştirak edən ölkələrin irəli sürdükləri tələb deyil, sübutlarla əsaslandırılmayan ittihamlardır. Danışıqlar üçün qarşı tərəfin həqiqi istəyi və tələbi təsdiq edən sübutları zəruridir", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi