Qətər əmiri Körfəz Əməkdaşlıq Şurasının sammitinə dəvət edilib

Qətər əmiri Körfəz Əməkdaşlıq Şurasının sammitinə dəvət edilib Tədbir dekabrın 5-6-da Küveytdə keçiriləcək
Digər ölkələr
30 Noyabr , 2017 16:00
Qətər əmiri Körfəz Əməkdaşlıq Şurasının sammitinə dəvət edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Qətər əmiri Tamim ben Hamad əl Tani Körfəz Əməkdaşlıq Şurası liderlərinin sammtinə dəvət edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, tədbir dekabrın 5-6-da Küveytdə keçiriləcək.

Qətər əmirini tədbirə Küveyt lideri Sabah əl Əhməd əl-Caber əs-Sabah dəvət edib.

Bu şuraya Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı daxildir.

Xatırladaq ki, bu il iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətəri regionda qeyri-sabitlik yaratmaqda ittiham edərək bu ölkəylə diplomatik əlaqələri dayandırıb.

Son xəbərlər

Orphus sistemi