​Qətər də İrandakı səfirini geri çağırır

​Qətər də İrandakı səfirini geri çağırır Qərar Səudiyyənin Tehrandakı səfirliyinə hücuma etiraz olaraq qəbul edilib
Digər ölkələr
6 Yanvar , 2016 22:44
​Qətər də İrandakı səfirini geri çağırır

Bakı. 6 yanvar. REPORT.AZ/ Qətər hakimiyyəti İrandakı səfirini geri çağırır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücuma etiraz əlaməti olaraq qəbul olunub.

Ər-Riyad yanvarın 3-də İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Buna Krallıq ərazisində şiə məzhəbindən olan alim Nimr ən-Nimrin edamına etiraz edən nümayişçilərin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna hücum etmələri səbəb olub.

Yanvarın 4-də Bəhreyn, Sudan və Birləşmiş Ərəb Əmirlikləri İranla diplomatik münasibətləri işlər müvəkkili səviyyəsinə endirdiklərini bəyan ediblər.

Yanvarın 5-də Küveyt Tehrandakı səfirini geri çağırıb. Bu gün, həmçinin Cibuti hakimiyyəti İranla diplomatik münasibətləri pozub.

Son xəbərlər

Orphus sistemi