Qətər 14 ölkənin vətəndaşlarını ölkəyə buraxmayacaq

Qətər 14 ölkənin vətəndaşlarını ölkəyə buraxmayacaq Qətər 14 ölkənin vətəndaşlarına koronavirus səbəbindən ölkəyə girişini müvəqqəti olaraq qadağan edib.
Digər ölkələr
9 Mart , 2020 06:09
Qətər 14 ölkənin vətəndaşlarını ölkəyə buraxmayacaq

Qətər 14 ölkənin vətəndaşlarına koronavirus səbəbindən ölkəyə girişini müvəqqəti olaraq qadağan edib.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, koronavirusun yayılması ilə əlaqədar olaraq, 9 mart tarixindən etibarən Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, Livan, Nepal, Pakistan, Filippin, Cənubi Koreya, Şri Lanka, Suriya və Tailand vətəndaşları üçün Qətərə səyahət etmək müvəqqəti dayandırılıb.

Qərar həm turistlərə, həm də Qətərdə yaşayış icazəsi olan şəxslərə də aiddir.

Qeyd edək ki, artıq “Qatar Airways” milli aviaşirkəti İtaliyaya uçuşları dayandırıb.

Son xəbərlər

Orphus sistemi