Yuxarı
    Bağlamaq

    Qerman Sterliqov sərbəst buraxılıb

    Sterliqov hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətdən sonra azad edilib

    Bakı. 31 avqust. REPORT.AZ/ Moskva şəhərinin “Domodedovo” hava limanında saxlanılan rusiyalı iş adamı Qerman Sterliqov sərbəst buraxılıb.

    "Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sterliqovun vəkili Artur Ayrapetov bildirib.

    Onun sözlərinə görə, Sterliqov hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətdən sonra azad edilib.

    "Onun vəziyyəti normaldır”, - deyə A.Ayrapetov bildirib.

    Sterliqov bu axşam Moskvanın Domodedovo hava limanında saxlanılmışdı.

    Xatırladaq ki, Azərbaycan Dağlıq Qarabağda qanunsuz fəaliyyətinə görə iyulun 28-də G.Sterliqov barəsində İnterpol yolu ilə beynəlxalq axtarış elan edib. Onun barəsində 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi açılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi