Bakı. 19 fevral. REPORT.AZ/ İraqın hökumət qüvvələri Qərbi Mosulun girəcəyində yerləşən iki yaşayış məntəqəsini və mərkəzi elektrik stansiyasını öz nəzarəti altına götürüb.
"Report" xəbər verir ki, bu barədə şəhərin İŞİD terror qruplaşmasından azad olunması üzrə əməliyyatların komandanı Əbdül Əmir Yaralla məlumat verib.
"Bu gün səhər federal koalisiya bölmələri Mosul ilə Bağdadın arasında yerləşən Əl-Azba kəndini və Hamam-əl-Alilyədən Mosula gedən yolun üzərindəki Əl-Lazaka kəndini azad ediblər", - deyə "Al Sumaria" telekanalı onun sözlərini sitat gətirib.
İraqın baş naziri Heydər əl-Abadi bir qədər əvvəl 750 min əhalisi olan Qərbi Mosulun İŞİD-dən azad olunması üzrə əməliyyatlara başlandığını elan etmişdi.