Qərbi Mosulu tərk edən qaçqınların sayı 100 min nəfərə çatıb

Qərbi Mosulu tərk edən qaçqınların sayı 100 min nəfərə çatıb Nazir: "Mosulun cənubunda və Tikritin şimalında, habelə digər əyalətlərdə daha 10 607 nəfər çadır düşərgələrində yerləşdirilib"
Digər ölkələr
12 Mart , 2017 20:31
Qərbi Mosulu tərk edən qaçqınların sayı 100 min nəfərə çatıb
Courtesy İmage

Bakı. 12 mart. REPORT.AZ/ İraqın Mosul şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatının başlandığı 19 fevraldan bu günə kimi həmin yaşayış məntəqəsini təxminən 100 min nəfər tərk edib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, İraqın miqrasiya və məcburi köçkünlərin işləri üzrə naziri Casim Məhəmməd əl-Caf bildirib. 

Onun sözlərinə görə, nazirliyin mütəxəssisləri bazar günü Mosulun cənubunda və Tikritin şimalında, habelə ölkənin bir sıra digər əyalətlərində daha 10 min 607 nəfəri çadır düşərgələrində yerləşdirib. "Beləliklə qaçqınların ümumi sayı 99 min 852 nəfərə çatıb" – deyə əl-Caf bildirib.

Bundan əvvəl isə əməliyyat komandanlığından bildirilib ki, Mosulun qərbindəki 40 yaşayış məntəqəsindən 17-i İŞİD-dən təmizlənilib. Bu, Tiqr çayının sağ sahilindəki ərazinin üçdə birindən çoxu deməkdir. 

Son xəbərlər

Orphus sistemi