Bakı. 17 yanvar. REPORT.AZ/ Fransa, Belçika və Almaniya polisi və xüsusi xidmət orqanları antiterror əməliyyatları həyata keçirərək iyirmidən artıq insanı həbs ediblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland bildirib ki, saxlanılanlar arasında ötən həftə Parisdə 17 nəfəri qətlə yetirən sui-qəsdçilərlə əlbir olduğu ehtimal edilən şəxslər var.
Belçikada həbs olunanların beşinə qarşı terror qruplaşmasında iştirak ittihamı irəli sürülüb.