Qərbi Afrika liderləri Qvineya hərbçilərini seçki keçirməyə çağırıb

Qərbi Afrika liderləri Qvineya hərbçilərini seçki keçirməyə çağırıb Qərbi Afrika ölkələrinin liderləri Qvineyada hakimiyyəti ələ keçirən polkovnik Mamadi Dumbuya ilə görüşüb.
Digər ölkələr
18 Sentyabr , 2021 04:48
Qərbi Afrika liderləri Qvineya hərbçilərini seçki keçirməyə çağırıb

Qərbi Afrika ölkələrinin liderləri Qvineyada hakimiyyəti ələ keçirən polkovnik Mamadi Dumbuya ilə görüşüb.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Qana Prezidenti Nana Akufo-Addo və Fil Dişi Sahili Prezidenti Alassane Ouattara polkovniki qarşıdakı altı ayda ölkədə seçkilər keçirməyə çağırıb.

Qeyd edək ki, görüş Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) regional zirvəsindən sonra baş tutub.

Bundan əvvəl ECOWAS ölkədə hərbi çevrilişdən sonra Qvineyanın təşkilata üzvlüyünü dayandırmışdı. Həmçinin Afrika Birliyi də Qvineyanın quruma üzvlüyünü dayandırıb.

Xatırladaq ki, sentyabrın 5-də Qvineya ordusu ölkədə hakimiyyətin ələ keçirildiyini və ölkə prezidenti Alfa Kondenin həbs olunduğunu elan edib. Ordu daha sonra sərhədlərin bağlanması, hökumət və parlamentin buraxılması, konstitusiyanın dayandırılması ilə bağlı qərarlar qəbul edib.

Son xəbərlər

Orphus sistemi