Qərb bir sıra ölkələrdən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini tələb edib

Qərb bir sıra ölkələrdən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini tələb edib ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Liberiya, Marşal adaları və Panamaya təzyiq göstərir.
Digər ölkələr
2 Dekabr , 2023 08:33
Qərb bir sıra ölkələrdən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini tələb edib

ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Liberiya, Marşal adaları və Panamaya təzyiq göstərir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Üç dövlətə göndərilən məktubda Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyətlərdən yayınma hallarının sayının artması ilə bağlı xəbərdarlıqlar və üç ölkədən dəniz nəqliyyatına nəzarətin gücləndirilməsi tələbi yer alıb.

Hazırda üç ölkənin səfirlikləri məlumat barədə şərh verməyib.

Qeyd edək ki, Aİ-nin Rusiya Federasiyasından dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo 2022-ci il dekabrın 5-dən qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi